Azerbaijan English

Game Jam müsabiqəsinə qeydiyyat davam edir

Hackathon Azerbaijan layihəsi çərçivəsində həyata keçirilən Game Jam müsabiqəsinə qeydiyyat mərhələsinin başa çatmasına sayılı günlər qalıb.

Xeberler.az-ın məlumatına görə, noyabrın 1-dən elan edilən müsabiqənin qeydiyyat mərhələsi noyabrın 17-də  yekunlaşır.

Hackathon Azerbaijan-dan verilən məlumata görə, böyük maraqla qarşılanan müsabiqəyə qeydiyyat http://gamejam.hackathon.az saytı vasitəsilə aparılır.

Qeydiyyat mərhələsi yekunlaşdıqdan sonra, seçim turundan müvəffəqiyyətlə keçən komandalar üçün noyabr ayının sonunda etibarən Qərbi Kaspi Universitetinin tədris binasında xüsusi təlimlər keçiləcək.

Təlim və təlimçilərlə bağlı ətraflı məlumatı bu keçidlərdən (https://www.facebook.com/HackathonAze/events/, http://gamejam.hackathon.az/telimciler/) əldə edə bilərsiniz.

Qeyd edək ki, IDRAK Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən Game Jam müsabiqəsinin mövzusu isə 3D oyunlar, 3D simulasiya və kompüter qrafikasıdır. Müsabiqənin keçirilməsində məqsəd bu sahədə kadr potensialının artırılması, müvafiq sahədə potensial proqramçıların üzə çıxarılmasıdır.

2018-ci ilin yanvar ayının əvvəllərində isə qaliblərin seçimi və final mərasimi planlaşdırılır. Yarışma qaliblərinə qiymətli hədiyyələrin, əsas qalibə isə 3000 AZN pul mükafatının verilməsi nəzərdə tutulur.

Startup.az

Azərbaycanın yeni peykinin görüntüsü

Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki Azerspace-2-nin 2018-ci ilin aprel ayında Fransanın...

17 Jan 2018
Tələbəmizin startapı qlobal bazara çıxa bilər

Qərbi Kaspi Universitetinin tələbəsi Azər Nemanlı qlobal şəbəyə çıxa biləcək innovativ layihə...

10 Jan 2018