Dünyanın texnologiya sahəsində ən məşhur adlardan biri də Elon Musk-dur.
Belə ki, Musk alternativ və bərpa olunan enerji, sürücüsüz avtomobil deyəndə ağıla ilk gələn adlardandır.
O, Tesla və Space X şirkətinin qurucusudur.
Elon Musk noyabrın 8-də Türkiyəyə səhayət edib.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Elon Musk-u qəbul edib.
Elon Musk ilə olan görüşün detallarını paylaşan prezident aparatının sözçüsü İbrahim Kalın Elon Musk-un “Turksat 5A-5B” peyklərinin kosmosa göndərilməsi üçün ölkəyə gəldiyini deyib.
O, Türksat peyklərinin buraxılması ilə əlaqədar Airbus ilə razılaşdıqlarını qeyd edib.
Kalin bu razılaşmanın təchizatçılarından birinin də Elon Musk-a məxsus SpaceX şirkətinin olduğunu deyib.
Görüşdə həmçinin sürücüsüz avtomobillər, bərpa olunan enerji, Tesla və SpaceX şirkətləri ilə bağlı bəzi məsələlər müzakirə edilib.
Mart ayının 10-dan etibarən Coca-Cola Azərbaycan və İNNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin tərəfdaşlığı ilə...
22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.
ADA...