Azerbaijan English

Qərb Universitetində texnopark yaradılır

Azərbaycanın ilk özəl universitetlərindən olan Qərbi Kaspi Universitetində (Qərb Universiteti) texnopark yaradılır.

Universitetdən Xeberler.az-a verilən məlumata görə, texnoparkın qurulmasında məqsəd universitet tələbələrinin biznes ideyalarına, ixtiralarına, digər bu kimi fəaliyyətlərinə dəstək olmaq və kommersiyalaşdırılmasını təmin etməkdir.

Bildirilib ki, ictimaiyyətə açıq olacaq WCU Technopark gənclərin marifləndirilməsi, öz ideyalarının həyata keçirilməsi üçün maddi-texniki bazanın təmini və investorların cəlb edilməsi işlərini həyata keçirəcək.

Qeyd edək ki, texnoparka startap ekosistemindən tanıdığımız əvvəllər NEXT STEP İnnovasiya Mərkəzinin direktoru vəzifəsində və AMEA Yüksək Texnologiyalar Parkında çalışan Kamran İmaməliyev rəhbərlik edir.

Məlumata görə, hazırda texnoparkın tərkibində inkubasiya mərkəzi fəaliyyətə başlayıb. İnkubasiya Mərkəzində universitet tələbələri öz startap layihələri üzərində çalışırlar. Eyni zamanda, texnoparkın tərkibində mexatronika və robototexnika laboratoriyası qurulur.

Qeyd edilib ki, texnopark olaraq ölkədə təşəbbüskarların robototexnika və elektronika sahəsinə aid ideyalarının həyata keçirilməsi üçün şərait yaratmağı öz qarşısına məqsəd qoyub və hazırda bu istiqamətdə işlər görülür.

Startup.az

Tanınmış iş adamı Bakıya gəlir

Türkiyənin tanınmış iş adamı, yazar Ataman Özbay Bakıya gəlir.

Xeberler.az-ın məlumatına görə, mayın 9-da A. Özbay...

19 Apr 2018
Azərbaycanlı startap Seedstars-ın finalında

Azercell Telekom və PAŞA Bankın  dəstəyi ilə fəaliyyət göstərən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin...

17 Apr 2018