Azerbaijan English

3D oyun sahəsində yarışa qeydiyyat başladı

Azərbaycanda ilk Hackathon yarışmalarının təşkilatçısı olan “Hackathon Azerbaijan” komandası 3 illik fasilədən sonra yenidən fəaliyyətə başlayıb.

Təşkilat Komitəsindən Xeberler.az-a verilən məlumata  görə, bu gündən “Hackathon Azerbaijan” layihəsi çərçivəsində növbəti, sayca 8-ci müsabiqəyə start verilir.

“IDRAK” Texnoloji Transfer şirkətinin baş sponsorluğu ilə keçirilən budəfəki müsabiqə "Game Jam" adlanır. Müsabiqənin mövzusu isə 3D oyunlar, 3D simulasiya və kompüter qrafikasıdır.

 Müsabiqənin keçirilməsində məqsəd bu sahədə kadr potensialının artırılması, müvafiq sahədə potensial proqramçıların üzə çıxarılmasıdır.

"Game Jam" müsabiqəsinə qeydiyyat noyabrın 17-nə qədər ttp://www.hackathon.az saytı vasitəsilə aparılacaq.

Seçim turundan müvəffəqiyyətlə keçən komandalara noyabr - dekabr aylarında Qərbi Kaspi Universitetinin tədris binasında mövzu ilə əlaqədar təlim və seminarlar keçiləcək.

2018-ci ilin yanvar ayının əvvəllərində isə qaliblərin seçimi və final mərasimi planlaşdırılır. Yarışma qaliblərinə qiymətli hədiyyələrin verilməsi nəzərdə tutulur.

Məlumat üçün qeyd edək ki, Hackathon – hacker neologiyasıdır – proqramçıların birləşərək müxtəlif problemləri həll etdikləri, lahiyələr hazırladıqları və yarışdıqları tədbirlər silsiləsidir. Hackathon-un əsas mahiyyəti keçirildiyi müddət ərzində müxtəlif proqramların və alətlərin yaradılması, bununla da proqramçı və hackerlərin öz aralarında rəqabət şəraitində biliklərini yoxlamaq və yeni biliklər qazanmaqdır. 

Startup.az

StartupFest 2019 çərçivəsində DevOpsDays tədbiri təşkil olunub

22 noyabr 2019-cu il tarixində “StartupFest 2019” çərçivəsində və Azərbaycanda ilk dəfə “DevOpsDays” təşkil olunub.

ADA...

22 Nov 2019
StartupFest 2019-a start verilib

21 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar...

21 Nov 2019