Azerbaijan English
Təşkilatın adı:
Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
İnvestor haqqında məlumat:

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli  Konfederasiyası (ASK)  Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına kömək edərək sahibkarlara dəstək olur.

Belə ki, bu qurum mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin könüllülük əsasında fəaliyyətini əlaqələndirir.

Təşkilat  həmçinin nra ölkədə və xaricdə tərəf-daşlar tapmağa kömək edən, hüquqi və iqtisadi mənafelərini müdafiə edən, Konfederasiya üzvlərinin biznesini müxtəlif risklərdən qoruyan, özünü idarəedən, ictimai-faydalı məqsədləri daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.

ASK-nın üzvlərə göstərdiyi xidmətlər:

-Sahibkarların məhkəmələrdə, mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında hüquqlarının müdafiəsi;

-Biznes forumlarda sahibkarların iştirakını təmin etmək;

-Treninq və seminarların təşkili;

-Menecerlərin Avropa ölkələrində pulsuz təhsili;

-Xarici ölkələrdən ekspertlərin dəvəti;

-Xarici ölkələrə biznes səfərlərin təşkili;

-Analitik informasiyaların hazırlanması;

-Maliyyə institutları haqqında məlumatlar;

-Hüquq məsləhət xidmətləri;

-Ölkə daxilində və xaricində sahibkarların güzəştli şərtlərlə iştirakı;

-Sahibkarların hüquqi maarifləndirilməsi;

-Biznes təkliflərinin  yayılması; 

 

İnvestisiya üçün prioritet sahələr:
Sahibkarlığa dəstək
İnvestisiya əldə etmiş layihələr:
-
İsmarıc göndər