Azerbaijan English
Qurumun adı:
AppLab Mobil Developer İnnovasiya Mərkəzi
İstiqamətlər:
Gələcək nəsil mobil texnologiyalar
Təsvir:

Bakcell şirkətinin gələcək nəsil mobil texnologiyalar sahəsində dünya lideri olan Qualcomm şirkəti ilə birgə əməkdaşlıq çərçivəsində AppLab adlı innovativ mobil developer layihəsi fəaliyyət göstərir.

Bu layihənin məqsədi sahibkarların və proqram tərtibatçılarının öz ideyalarını daha sürətlə həyata keçirməsinə və Azərbaycan və beynəlxalq bazarlar üçün istifadəyə tam hazır mütərəqqi mobil tətbiqetmələr yaratmalarına kömək göstərən effektiv alətlərin təmin edilməsidir.

AppLab ideyaların, mobil tətbiqetmələrin və texnologiyaların pilot variantından istifadəyə buraxılan tam hazır varianta qədər çatdırılmasında seçilmiş developerlərə kömək etmək üçün nəzərdə tutulan sürətləndirilmiş icra modelidir.

Layihə çərçivəsində gənc developerlər Bakcell şirkətinin Sahil ofisində yerləşən; İnternetə pulsuz giriş, masa və təlim otağı ilə təchiz edilmiş yeni AppLab ofisinidə çalışa biləcək və məhsulları sınaqdan keçirmək üçün ən müasir cihazlardan istifadə etmək imkanı əldə edir.

Əlaqə:
applab@bakcell.com
Veb:
İsmarıc göndər