Azerbaijan English

Startapların qiymətləndirilmə meyarları və qiymətləndirilmə prosesi

Layihələr  müxtəlif fəaliyyət istiqamətləri üzrə ixtisaslaşan  Ekspertlər tərəfindən qiymətləndirilir.

Ekspertlər layihələrin perspektivliyinə və risklərin dəyərləndirilməsinə üstünlük verirlər.  Qiymətləndirmə iki mərhələdə aparılır. Birinci mərhələ  təqdim  olunan layihələrin ideyasının,  qısa təsvirinin və digər məlumatların  ekspertlər tərəfindən ümumi dəyərləndirilməsi əsasında həyata keçirilir. Hər bir ekspert öz sahəsi üzrə Layihələri qiymətləndirməklə müvafiq ballar verir.  1-ci mərhələnin yekununda yarımfinalçılar müəyyən olunur.  

İlkin mərhələdə Ekspertlər ümumi dəyərləndirmə əsasında təklif olunan biznesin nə dərəcədə uğurlu olmasını və təklif edən komandanın şanslarının nə qədər real olmasını dəyərləndirirlər.
2-ci mərhələdə yarımfinalçılar öz geniş  biznes planlarını təqdim edirlər. Yarımfinalçılar  öz layihələrinin təqdimatlarını həyata keçirirlər. 
Ekspertlər tərəfindən aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq finalçılar müəyyən olunur. 

Ekspertlər qiymətləndirmə prosesində aşağıdakı meyarlara əsaslanırlar :

Maliyyə və real baxımdan layihə nə dərəcədə cəlbedicidir?

Komanda bazar və biznes xüsusiyyətlərini nə dərəcədə yaxşı bilir?

Biznes-plan və ya icmal nə dərəcədə aydın və anlaşıqlı yazılıb?

Təklif olunan struktur-layihə bazarda lider ola bilərmi?

Komanda layihənin  prototipini yarada bilibmi?

Komanda nə dərəcədə uğurlu və təcrübəlidir?

Komanda motivasiyanı qoruyub işi başa çatdıra biləcəkmi?

Komandanın bir və ya bir neçə üzvündə ideya və ya xidmətləri təşviq etmək üçün lazımi bacarıqlar varmı?

Komandada investisiyalarla işləmək təcrübəsi və ya bununla bağlı hər hansı dəqiq plan varmı?

Layihə bazarda təxminən nə qədər müddət yaşaya bilər?

Ekspertlər  qiymətləndirmə prosesində öz subyektiv baxışları və dəyərləndirmələri əsasında da qiymətləndirmə apara bilərlər.

Ekspertlər həm bu meyarlar əsasında, həm də öz təcrübələri , bilik və məlumatları əsasında qiymətləndirmə apara bilərlər.

Ekspertlər Şurasının qərarı saytda dərc olunur və nəticələr açıqlanır.  Hər hansı Apelyasiya şikayəti qəbul edilmir.  Ekspertlərin qərarı həlledicidir.