Azerbaijan English

Ərizə formalarını necə doldurmalı?

Startap layihələr irəli sürmək, investor olmaq, mütəxəssis olaraq iştirak etməklə bağlı müraciətlər yalnız müsabiqənin internet saytında təqdim olunur.

Oflayn formada ərizələr qəbul olunmur.

Yarımfinala keçən startapların geniş biznes-planları e-poçt vasitəsilə də qəbul edilə bilər.
Ərizələrin qəbulu üçün son tarix TK tərəfindən qabaqcadan müəyyən olunur.  Bu tarix Müsabiqənin gedişi müddətində  TK tərəfindən dəyişdirilə bilər.

Ərizələr formada göstərilən qaydada doldurulur və  “Göndər” düyməsinə basmaqla sistemə daxil edilir. Formada məcburi olaraq qeyd olunan (* işarəsi olan) bəndlər mütləq doldurulmalıdır. 

Siz qeydiyyat müddətinin sonuna  qədər öz ərizənizdə dəyişiklik edə bilərsiniz. Göstərilmiş tarixdən  sonra dəyişikliklər qəbul olunmur. Qeydiyyat prosesini uğurla başa çatdırdıqdan sonra Sizin layihəniz haqqında məlumatlar saytda açıqlanacaq. 

Layihənizin qəbul edilməsi ilə bağlı məlumat Sizin e-poçtunuza göndəriləcək.

Formanı doldurarkən  Başlıq və Sloqan  hissələrdə qısa və yaddaqalan ad seçilməsi tövsiyyə olunur.

 Layihənin digər üzvləri də  sistemdə qedyiyyatdan keçə bilərlər və Startap Azərbaycan tədbirlərində iştirak edirlər.

Mini-CV yerində layihə üzərində işləyən komandanın üzvlərini  qeyd edə bilərsiniz. Əgər  komanda yoxdursa özünüz haqqında əlavə məlumat daxil edə  bilərsiniz.

 Demo (Sayt)  bölməsində layihənizin prototipini ( saytınızın URL-ni)  qeyd  edirsiniz.

Formada qeyd olunan layihənin qısa təsviri 100 -120 simvoldan artıq olmamalıdır.  Bu məlumat ictimaiyyət üçün açıqlanır. Qısa təsvir layihənin əsas ideyası, fəaliyyət istiqamətini göstərir və səhifədə slayder formasında görsənəcək.

Geniş mətn adlanan hissəyə layihənizin tanıtımı üçün vacib olan digər məlumatları daxil edə bilərsiniz. Buraya təxminən 1 səhifəyədək məlumat  əlavə etmək olar. Bu məlumatlar  da ictimaiyyət üçün açıqlanır və layihənizin reklamı üçün əsasən buradakı məlumatlardan istifadə olunacaq. 

Odur ki burada kommersiya və ya açıqlanmasını arzu etmədiyiniz məlumatları daxil etməyin.

Ekspertlərin qiymətləndirilməsi üçün vacib olan məlumatı göndərmək üçün Sənədi yüklə menyusundan istifadə edirsiniz. 

 Ekspertlər əsasən bu məlumatlardan istifadə edərək ilkin qiymətləndirməni aparacaqlar. Buraya təxminən 1500 söz  əlavə etmək olar. Burada ümumi şkildə Layihənizin ideyası, rəqabət və satış(xidmət) məsələləri, Komandanız  və s haqqında məlumatlar yer ala bilər. Bu məlumatlar ictimaiyyət üçün açıqlanmır.

Yarımfinala çıxan iştirakçılar layihələri ilə bağlı daha geniş biznes-plan təqdim edirlər.

Biznes-planda layihənin tam detallı təsviri verilir. Biznes-planların tərtibatı ilə bağlı yarımfinala çıxanlar üçün təlimlər  keçiriləcək.

Aşağıda biznes-planın əsas hissələri  verilib. Bu sahələrdə ümumi mətn 2500-3000 sözdən artıq olmamalıdır. 

Biznes ideyanın müxtəsər və aydın təsviri mühüm əhəmiyyət kəsb edir.

Biznes-planın əsas hissələri:
Konsepsiya ideya
Bazarın öyrənilməsi, satış və marketinq
Sizin rəqabət üstünlüyünüz
Maliyyə planı
Komanda
Təxmin edilən maliyyə vəsaitləri

Biznes-planın yazılması üçün saytda yerləşdirilən nümunədən istifadə etmək olar.

Biznes planların ingilis dilində də verilməsi arzuolunandır.