Azerbaijan English

Kimlər Startap Azərbaycan-da iştirak edə bilər ?

Kimlər Startap Azərbaycan-da iştirak edə bilər ?

Startap Azərbaycanda iştirak etmək üçün yaş və yaşayış yeri məhdudiyyəti yoxdur.
Startap Azərbaycan yarışmalarında  İnternetdən pul qazanmaq, öz İnternet-biznesini qurmaq istəyən hər bir şəxs,  tələbə və ya müəllim, hüquqi  və ya fiziki şəxs, developerlər, proqramçılar və s. iştirak edə bilər.

İnternet biznes sahəsində, onlayn oyunlar, mobil tətbiqlər, e-ticarət sahəsində yaxşı ideyan varsa və özəl onlayn biznes qurmaq fikrindəsənsə, onda Startaö Azərbaycana baş vurmağa dəyər!

Özəl şirkəti və ya hər hansı xidmət təklif edən özəl İnternet resursunu hazırlayanlar, lakin inkişaf etdirmək imkanı olmayan, investor axtarışında olanlar da Startap Azərbaycanda iştirak edə bilərlər.

İdeyan varsa, lakin komanda formalaşdıra bilmirsənsə, developer və ya proqramçı, dizayner və ya layihə idarə edən axtarırsansa, startap bazarını, biznes planların hazırlanması işini öyrənmək istəyirsənsə, startap Azərbaycan bu sahədə Sizə yardımçı ola bilər.

Startap Azərbaycan-ın idarə edilməsi

AİF və Startap Azərbaycan-nın təşkilatçılığı ilə həyata keçirilən   Startap Azərbaycan Layihəsi Təşkilat Komitəsi (TK) tərəfindən icra olunur. 
Layihə çərçivəsində keçirilən müsabiqəyə təqdim olunan  startaplar ekspert Şurası tərəfindən qiymətləndirilir. 

Ekspert şurası İT,  İnternet-biznes və sosial media  sahəsində,  marketinq və maliyyə, layihələrin idarə olunması sahəsində təcrübəli mütəxəssislərdən ibarət olmaqla TK tərrəfindən  formalaşdırılır.

Ekspert Şurasında və Məsləhət Qrupunda xarici mütəxəssislər və ekspertlər də təmsil oluna bilər.

Sponsor şirkətlərdən və dəstək verən qurumların nümayəndələrindən,  İT və İnternet-biznes sahəsində çalışan təcrübəli mütəxəssislərdən, uğurlu  layihə təmsilçilərindən ibarət olmaqla  formalaşdırılan Məsləhət Qrupu Startap Azərbaycan Layihəsinin idarə olunması istiqamətində TK-ya  təklif və tövsiyələr təqdim edir. 
Mentorlar  İT, sosial media,  marketinq və maliyyə sahəsində təcrübəsi olan mütəxəssislərdən ibarət olmaqla TK tərəfindən formalaşdırılır və Startaplara məsləhətlər verilməsi, onların dəyərləndirilməsi, tanıtımının daha uğurla həyata keçirilməsi istiqamətində köməklik göstərirlər.

Layihələrin qiymətləndirilməsi. Meyarlar

Layihələr  müxtəlif fəaliyyət istiqamətləri üzrə ixtisaslaşan  Ekspertlər tərəfindən qiymətləndirilir.
Ekspertlər layihələrin perspektivliyinə və risklərin dəyərləndirilməsinə üstünlük verirlər.  Qiymətləndirmə iki mərhələdə aparılır. Birinci mərhələ  təqdim  olunan layihələrin ideyasının,  qısa təsvirinin və digər məlumatların  ekspertlər tərəfindən ümumi dəyərləndirilməsi əsasında həyata keçirilir.

Hər bir ekspert öz sahəsi üzrə Layihələri qiymətləndirməklə müvafiq ballar verir.  1-ci mərhələnin yekununda yarımfinalçılar müəyyən olunur.  İlkin mərhələdə ekspertlər ümumi dəyərləndirmə əsasında təklif olunan biznesin nə dərəcədə uğurlu olmasını və təklif edən komandanın şanslarının nə qədər real olmasını dəyərləndirirlər.

2-ci mərhələdə yarımfinalçılar öz geniş  biznes planlarını təqdim edirlər. Yarımfinalçılar  öz layihələrinin təqdimatlarını həyata keçirirlər. 
Ekspertlər tərəfindən aparılan qiymətləndirmənin nəticəsindən asılı olaraq finalçılar müəyyən olunur. 

Ekspertlər qiymətləndirmə prosesində aşağıdakı meyarlara əsaslanırlar :

Maliyyə və real baxımdan layihə nə dərəcədə cəlbedicidir?

Komanda bazar və biznes xüsusiyyətlərini nə dərəcədə yaxşı bilir?

Biznes-plan və ya icmal nə dərəcədə aydın və anlaşıqlı yazılıb?

Təklif olunan struktur-layihə bazarda lider ola bilərmi?

Komanda layihənin  prototipini yarada bilibmi?

Komanda nə dərəcədə uğurlu və təcrübəlidir?

Komanda motivasiyanı qoruyub işi başa çatdıra biləcəkmi?

Komandanın bir və ya bir neçə üzvündə ideya və ya xidmətləri təşviq etmək üçün lazımi bacarıqlar varmı?

Komandada investisiyalarla işləmək təcrübəsi və ya bununla bağlı hər hansı dəqiq plan varmı?

Layihə bazarda təxminən nə qədər müddət yaşaya bilər?

Ekspertlər  qiymətləndirmə prosesində öz subyektiv baxışları və dəyərləndirmələri əsasında da qiymətləndirmə apara bilərlər.

Ekspertlər həm bu meyarlar əsasında, həm də öz təcrübələri , bilik və məlumatları əsasında qiymətləndirmə apara bilərlər.

Ekspertlər Şurasının qərarı saytda dərc olunur və nəticələr açıqlanır.  Hər hansı Apelyasiya şikayəti qəbul edilmir.  Ekspertlərin qərarı həlledicidir.

Komanda və mütəxəssislər

Layihələrin komandasında  bir və daha çox şəxs ola bilər. Layihənin hər hansı hüquqi şəxs – şirkət və ya firma tərəfindən təqdim olunması məcburi deyildir. Hər bir şəxs:  tələbələr, veb-ustalar, developerlər də bu yarışmada iştirak edə bilərlər.    

Əgər bir neçə nəfər olarsa,  komanda bir lider müəyyən edir və həmin şəxs bu komanda adından ərizə verir və müsabiqənin təşkilat komitəsi ilə qarşılıqlı əlaqə yaradır. 

 Komandanın digər üzvləri də sistemdə komanda üzvü kimi qeydiyyatdan keçirlər və müsabiqənin bütün tədbirlərində iştirak edirlər.

Müxtəlif  startaplarda mütəxəssis olaraq ( yəni developer, dizayner, proqramçı  və s.) iştirak etmək istəyənlər saytda  mütəxəssislər olaraq qeydiyyatdan keçirlər və özləri haqqında məlumatları qeyd edirlər.  
Startap Azərbaycan çərçivəsində komanda formalaşdırmağa da dəstək verilir. Belə ki, layihədə qeydiyyatdan  keçən mütəxəssislər layihə çərçivəsində keçirilən “Komanda axtarıram” mövzusunda tədbirə dəvət olunurlar və burda görüşlər təşkil olunur.

Məxfilik və müəllif hüquqları

Müsabiqədə iştirak edən layihələrin qiymətləndirilməsi, Ekspert  Şurası üzvləri arasında paylanması  TK tərəfindən aparılır. Ekspertlər  biznes planlar barədə məlumatları  yaymamağı öhdələrinə götürürlər.
Layihələr haqqında yalnız onu təqdim edənlər tərəfindən TK-ya verilən  qısa təsvir forması açıqlanır. 
Layihələrə hər hansı aidiyyəti olan Ekspert  qiymətləndirmə prosesində iştirak etmir. Belə halda TK  qiymətləndirmə prosesinə digər eksperti cəlb edə bilər.
Layihə iştirakçıları ilə keçirilən Təlimlərdə onlara müəllif  hüquqları və intellektual mülkiyyət hüquqları ilə bağlı məlumatlar verilir.

Startapların  təqdim olunma qaydası

Startaö layihələr irəli sürmək, investor olmaq, mütəxəssis olaraq iştirak etməklə bağlı müraciətlər yalnız müsabiqənin internet saytında təqdim olunur. Oflayn formada ərizələr qəbul olunmur. Yarımfinala keçən startapların geniş biznes-planları e-poçt vasitəsilə də qəbul edilə bilər.
Ərizələrin qəbulu üçün son tarix TK tərəfindən qabaqcadan müəyyən olunur.  Bu tarix Müsabiqənin gedişi müddətində  TK tərəfindən dəyişdirilə bilər.

Ərizələr formada göstərilən qaydada doldurulur və  “Göndər” düyməsinə basmaqla sistemə daxil edilir. Formada məcburi olaraq qeyd olunan (* işarəsi olan) bəndlər mütləq doldurulmalıdır. 

Siz qeydiyyat müddətinin sonuna  qədər öz ərizənizdə dəyişiklik edə bilərsiniz. Göstərilmiş tarixdən  sonra dəyişikliklər qəbul olunmur. Qeydiyyat prosesini uğurla başa çatdırdıqdan sonra Sizin layihəniz haqqında məlumatlar saytda açıqlanacaq. 

Layihənizin qəbul edilməsi ilə bağlı məlumat Sizin e-poçtunuza göndəriləcək.

Fiormanı doldurarkən  Başlıq və Sloqan  hissələrdə qısa və yaddaqalan ad seçilməsi tövsiyyə olunur.

Layihənin digər üzvləri də  sistemdə qedyiyyatdan keçə bilərlər və Startap Azərbaycan tədbirlərində iştirak edirlər.

Mini-CV yerində layihə üzərində işləyən komandanın üzvlərini  qeyd edə bilərsiniz. Əgər  komanda yoxdursa özünüz haqqında əlavə məlumat daxil edə  bilərsiniz. Demo (Sayt)  bölməsində layihənizin prototipini ( saytınızın URL-ni)  qeyd  edirsiniz.
Formada qeyd olunan layihənin qısa təsviri 100 -120 simvoldan artıq olmamalıdır. Bu məlumat ictimaiyyət üçün açıqlanır. Qısa təsvir layihənin əsas ideyası, fəaliyyət istiqamətini göstərir və səhifədə slayder formasında görsənəcək.

Geniş mətn adlanan hissəyə layihənizin tanıtımı üçün vacib olan digər məlumatları daxil edə bilərsiniz. Buraya təxminən 1 səhifəyədək məlumat  əlavə etmək olar. Bu məlumatlar  da ictimaiyyət üçün açıqlanır və layihənizin reklamı üçün əsasən buradakı məlumatlardan istifadə olunacaq. Odur ki burada kommersiya və ya açıqlanmasını arzu etmədiyiniz məlumatları daxil etməyin.

Ekspertlərin qiymətləndirilməsi üçün vacib olan məlumatı göndərmək üçün Sənədi yüklə menyusundan istifadə edirsiniz. 

Ekspertlər əsasən bu məlumatlardan istifadə edərək ilkin qiymətləndirməni aparacaqlar. Buraya təxminən 1500 söz  əlavə etmək olar. Burada ümumi şkildə Layihənizin ideyası, rəqabət və satış(xidmət) məsələləri, Komandanız  və s haqqında məlumatlar yer ala bilər. Bu məlumatlar ictimaiyyət üçün açıqlanmır.

Yarımfinala çıxan iştirakçılar layihələri ilə bağlı daha geniş biznes-plan təqdim edirlər. Biznes-planda Layihənin tam detallı təsviri verilir. Biznes-planların tərtibatı ilə bağlı yarımfinala çıxanlar üçün təlimlər  keçiriləcək.
Aşağıda biznes-planın əsas hissələri  verilib. Bu sahələrdə ümumi mətn 2500-3000 sözdən artıq olmamalıdır. 

Biznes ideyanın müxtəsər və aydın təsviri mühüm əhəmiyyət kəsb edir.

Biznes-planın əsas hissələri:
Konsepsiya ideya
Bazarın öyrənilməsi, satış və marketinq
Sizin rəqabət üstünlüyünüz
Maliyyə planı
Komanda

Təxmin edilən maliyyə vəsaitləri

Biznes-planın yazılması üçün saytda yerləşdirilən Nümunədən istifadə etmək olar.
Biznes planların ingilis dilində də verilməsi arzuolunandır.

Startap  Azərbaycan tədbirlərinin qrafiki 
(Göstərilən müddətlər təxminidir və TK tərəfindən dəyişdirilə bilər)

Startap Azərbaycan layihəsi çərçivəsində müsabiqəyə hazırlıq  

Startap Azərbaycan Müsabiqəsinin elan edilməsi (Mətbuat konfransı və ya mövzu üzrə ictimai müzakirənin təşkili) 

Müsabiqənin gedişi, startapların ərizələrinin qəbulu, istifadəçilərin qeydiyyatı,  Startapçılar təklikdə və ya komanda formasında öz layihələrini təqdim edirlər

Qeydiyyatdan keçən Startup-ların ilkin seçiminin Ekspertlər Şurası tərəfindən aparılması

Yarımfinala keçən  startaplardan biznes-planların, təqdimatların  qəbul edilməsi

Yarımfinala keçənlər üçün  biznes-planların hazırlanması üzrə Təlimlər (Xarici ekspertin dəvət edilməsi)

Bütün maraqlı tərəflərin iştirakı ilə hər il konfrans təşkil etmək

Startaplara omanda formalaşdırılması üçün mütəxəssislərlə görüşlərin keçirilməsi

Finalçıların müəyyən edilməsi

Finalçılarla təlimlərin keçirilməsi (investorlar qarşısında Təqdimatların keçirilməsi üzrə təlimlər

Finalçıların investorlarla görüşlərinin keçirilməsi, yerli dövlət və vençur fondlara təqdim olunması və xarici ölkələrə göndərilməsi

Yekun təqdimat mərasiminin keçirilməsi

Tədbirlər və Müsabiqənin gedişi ilə bağlı məlumatlar  müntəzəm olaraq saytda  verilir.

Qeydiyyatdan keçən istifadəçilər zəruri məlumatları öz e-poçtları vasitəsilə də ala biləcəklər.

Görüşlər, toplantılar , təqdimatlar

Startap  Azərbaycan çərçivəsində bir sıra görüşlər,  kamplar, təlimlər və toplantılar keçirilir. 

Startap  Azərbaycanda iştirak edən StartUp-ları cəlb etməklə hər il ənənəvi Forum təşkil olunur.

Layihə çərçivəsində keçirilən Müsabiqədə  iştirak edən Startapların  mütəxəssislər, təcrübəli startapçılar , xarici ekspertlər və investorlarla görüşləri təşkil olunur.
Müsabiqə qaliblərinin hər il ənənəvi təqdimat mərasimi təşkil olunur. StartUp Azərbaycan Bakıda və regionlarda  İT yönümlü universitet tələbələri və developerlərlə  görüşlər keçirməyi nəzərdə tutur.

Startap Azərbaycan da iştirak etməklə siz nə qazanırsınız?

-    öz startapınızı tanıtmaq imkanı əldə edirsiniz

-    Startaplar sahəsində yerli və beynəlxalq təcrübəni öyrənirsiniz

-    xarici ekspertlərin də  iştirakı ilə keçirilən müxtəlif təlimlərdə, görüşlərdə bilik və bacarıqlar əldə edirsiniz

-    öz startapınızı üçün komanda formalaşdırmağa imkan əldə edirsiniz

-    İnvestorlar haqqında məlumatla əldə edirsiniz və investorlarla görüşmək imkanı qazanırsınız

-    xarici ölkələrdə təcrübə keçmək imkanı əldə edirsiniz

-    müxtəlif sponsorların simvolik mükafatlarını qazanırsınız.

-    Startap Azərbaycan çərçivəsində keçirilən tədbirlərdə yeni əlaqələr qurmaq imkanı qazanırsınız  və s.

Qeydiyyatdan keçən investorlar aşağıdakı məlumatlarla bağlı qısa icmal təqdim edirlər :

  -  İnternet biznes sahəsində indiyədək olan  hər hansı fəaliyyət

   - Ümumiyyətlə biznes sahəsindəki missiya və ya fəaliyyət istiqaməti

    - Startap Azərbaycan çərçivəsində yatırım edəcəyiniz əsas sahələr ( elektron ticarət, oyunlar, sosial media, mobil tətbiqlər və s)

Qeyd oluna məlumatlar (icmal) saytda yerləşdiriləcək və kommersiya əhəmiyyəti olan məlumatların verilməsi arzuolunan deyil.

Sizi maraqlandıran digər suallarla bağlı info@startup.az ünvanına  yaza bilərsiniz