Azerbaijan English

Startap Günləri haqqında

Startup Günləri ölkədə startap hərəkatının güclənməsinə, startapçıların formalaşması və yeni startapların yaradılmasına yardım məqsədilə həyata keçirilən Startap Azərbaycan Layihəsidir.

 Startap Günlərinin məqsədi

Startap Günlərinin əsas məqsədi  yeni startapların yaradılması kömək etmək və bu istiqamətdə maarifçilik işləri təşkil etmək, yeni formalaşmaqda olan  startapçıları, startap komandalarını İnternet bazarın spesifik xüsusiyyətləri ilə tanış etmək,  startapçılar arasında əlaqələri gücləndirməkdir.

Kimlər iştirak edə bilər  ?

Startap Günlərində İnternet biznes qurmağı yenicə planlaşdıranlar, artıq yeni onlayn biznesə başlayan gənc sahibkarlar, gənc startapçılar, yeni İT şirkətlərin təmsilçiləri, biznes-ideya daşıyıcıları, İT sahəsində çalışan tələbələr, developerlər, proqramçılar , dizaynerlər iştirak edə bilər.

Startap Günlərinin əsas iştirakçıları öz ideyalarını gerçəkləşdirmək istəyən gənc startapçılar, İT mütəxəssisləri, proqramçılar və dizaynerlərdi.

Diqqət !

Startap Azərbaycan TK-nın tövsiyyəsi ilə bu ilki Startap Günlərində ötən ilin iştirakçıları da iştirak edə bilərlər. Bununla belə bu iştirakçəılar tərəfindən əvvəlki illərdə verilən biznes ideyalar yarışma üçün qəbul edilməyəcək.

Startap Günləri çərçivəsində kçeirilən tədbirlərdə ölkənin tanınmış startup ekspertləri ilə bərabər  xarici ekspertlər,  İT mütəxəssislər, marketoloqlar, uğurlu milli startap rəhbərləri, dövlət rəsmiləri və s digər əlaqəli nümayəndələr də iştirak edirlər.

Startap Günlərinin iştirakçıları səmərəli təcrübə mübadiləsi edir və əməkdaşlıq münasibətləri qururlar.

Startap Günlərinin hər il keçirilməsi nəzərdə tutulur.

Startap Günlərinin gələcəkdə  regionlarda da keçirilməsi nəzərdə tutulub.

Startap Günlərində iştirak pulsuzdur.

Startap Günlərində iştirak etmək üçün  Startapdays.startup.az  saytında  qeydiyyatdan keçmək lazımdır. Seçim porsesi təşkilatçılar tərəfindən aparılır. İT sahəsində müəyyən Layihələrin müəllifləri və iştirakçıları olmuş iddialılara üstünlük verilir.

Startap Günlərində iştirak etməklə siz nə qazanacaqsınz?

Startap Günlərində iştirak etməklə Siz aşağıdakıları əldə edirsiniz :

-  Öz ideaynızı dəyərləndirmək və  gerçəkləşdirmək imkanı qazanırsınız

-  Tanınmış startap nümayəndələri ilə əlaqələr qurmaq imkanı qazanırsınız

-  Maraqlı insanlarla tanışlıqlar və gələcək əməkdaşlıqlar qazanırsınız

-  Komanda formalaşdırmaq imkanı qazanırsınız

-  Təlimlər vasitəsilə yeni bilgilər və bacarıqlar  əldə edirsiniz

-  Siz heç bir xərc çəkmədən gələcək karyeranız üçün fürsət əldə edirsiniz

-  Müsabiqələrdə iştirak etməklə layihələrinizin tanıtımını həyata keçirirsiniz

-  Müxtəlif qiymətli hədiyyələr və gələcək üçün əhəmiyyət kəsb edən Sertifikatlar  qazanrsınız.