Azerbaijan English

Startap Azərbaycan

Startap  Azərbaycan layihəsinin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı İnternet və  İT layihələrini üzə çıxarmaq,  innovativ ideyaların uğurlu biznes  sahəsinə çevrilməsinə yardım etməkdir.

İnnovativ ideya dedikdə əsasən İnformasiya texnologiyalarından effektiv istifadə edilməklə hər hansı məhsul və ya xidmətin təqdim edilməsinə yönələn fəaliyyət nəzərdə tutulur. 
Təqdim edilən layihələrin son məqsədi  real biznesin qurulmasına, xidmətlərin, sosial servislərin   təqdim edilməsinə yönəlməli və müştəri cəlb edilməsinə istiqamətləndirilməlidir.  Mümkündür ki,  hansısa mövcud biznes-ideyalar üzrə layihələr təklif olunsun , belə halda təklif olunan layihə daha effektiv innovasiyalar üzərində qurulmalıdır.

Layihələr elmi –tədqiqat, araşdırma  tipli olmamalıdır. Bu tip layihələr Startap Azərbaycan çərçivəsində keçirilən müsabiqə və digər yarışmalara qəbul edilmir.

Biznes layihələr bir və ya bir neçə nəfərdən ibarət olan komanda tərəfindən verilə bilər.

Müsabiqəyə həm qlobal və həm də  yerli şəraitdə istifadə oluna biləcək layihələr müraciət edə bilər.

Startap Azərbaycan çərçivəsində yarışmalarda iştirak edən startapların ekspert qiymətləndirilməsi təşkil olunur.

Startap Azərbaycan yalnız yarışmadan ibarət deyil. Belə ki,  layihə çərçivəsində startapçılar üçün təlimlər  təşkil olunur, investorlarla görüşlər keçirilir. Startaplara komanda formalaşdırmağa köməklik göstərilir.  İnternet biznesə başlamaq istəyənlər üçün layihə çərçivəsində keçirilən təlimlərdə uğurlu bizneslə bağlı bilik və təcrübə əldə etmək imkanları yaradılır.

Startap Azərbaycan komandası  uğurlu hesab ediləcək layihələrin investorlara təqdim edilməsində və investor axtarışında seçilmiş satartaplara köməklik edir. Həmçinin investorlar üçün cəlbedici layihələrə əlçatımlığın təmin edilməsi istiqamətdə fəaliyyət göstərir.

Qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi məqsədilə  startap  görüşləri və müzakirələri təşkil olunur.

Startap Azərbaycan qaliblərə  simvolik mükafatlar təqdim etsə də,  layihələrin  birbaşa maliyyələşməsi onların investorlara və müxtəlif fondlara təqdim edilməsiylə həyata keçirilir.

Startap Azərbaycan uğurlu İnternet layihələrə maliyyə, dəstək əldə olunmasına, investorlarla görüşlərə, yerli və xarici ekspertlərin dəstəyi ilə təcrübə keçmələrinə  yardım edir.  

Startap Azərbaycan öz yeni  İnternet-biznesini yaratmaq istəyənlərə  arzularının gerçəkləşdirilməsi, sərmayə tapılması, biznesin idarə edilməsi  istiqamətində yardımçı olmağı düşünür.