Qurumun adı
Mingəçevir Dövlət Universiteti
İstiqamətlər
Pedaqoji və iqtisadi sektorlar üçün kadr hazırlığı
Təsvir
Təməli 1991-ci ildə qoyulan, Azərbaycanın sənaye, turizm və ən əsası energetika şəhərində yerləşən Mingəçevir Dövlət Universiteti (MDU) mühəndislik, pedaqoji və iqtisadi sektorlar üçün yüksək ixtisaslı kadrlar hazırlayır. Universitetdə 2019-cu ildə yaradılan Elm və innovasiya şöbəsi tələbələrin, magistrantların və əməkdaşların elmi və innovativ inkişafı, həmçinin startap layihələrinin dəstəklənməsi və koordinasiyasına xidmət göstərir
Qeyd edək ki, MDU-da müxtəlif layihə və ideyaların həyata keçirilməsi üçün tələbələrə daim dəstək göstərilir və onların tədbir və müsabiqələrdə iştirakına şərait yaradılır.
2021/2022-ci tədris ilində Universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 24 ixtisas (bakalavriat) və 14 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilib. 3 fakültənin, 10 kafedranın mövcud olduğu universitetdə ümumilikdə 3000-dən artıq tələbə və magistrant təhsil alıb. 8 tələbə Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərib.
MDU Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsinin iştirakçısıdır
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.
Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.
Mentorların siyahısı :
Muradzadə Elvin Amil |
Mahir Ismayılov Balaca |
İlhamə Məmmədova Raquf qızı |
Aidə Mustafayeva |
Qaragöz Kərimov Kərim oğlu |
Qurban Qurbanzadə |
Elçin Tağıyev Nağı |
Əlaqə
(+99424) 275-32-72