Qurumun adı
Gəncə Dövlət Universiteti
İstiqamətlər
Elmi, innovasiya və pedoqoji sahələrdə kadr hazırlığı
Təsvir
80 illik tarixə malik “Gəncə Dövlət Universiteti” (GDU) Azərbaycanın regionlarında təhsil və innovasiyaya təkan verən ali təhsil ocaqlarından biridir. Tanınmış institutlar və çoxmillətli korporasiyalarla tərəfdaş olan universitet hər zaman dünyanın ən yaxşı təcrübələrini öyrənməyə və yenilikçi həlləri milli təhsilə tətbiq etməyə çalışır.
GDU, eyni zamanda, tələbələrinin sahibkarlıq potensialını aşkarlamaq və ideyalarını inkişaf etdirmələrinə istər maliyyə, istərsə də inzibati dəstək göstərmək məqsədi ilə hər il müxtəlif startap müsabiqələri təşkil edir. Universitetdə "İnnovasiyalar Departamenti" fəaliyyət göstərir. Departament elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması yolu ilə strateji hədəflərə nail olmaq üçün bilik iqtisadiyyatına öz töhfələrini verməyə çalışır.
İnnovasiyalar Departamentinin fəaliyyətinə Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması məqsədi ilə ideya və layihə müəlliflərinin cəlb edilməsi və onların hazırladıqları layihələrin istehsalata tətbiq edilməsinə dəstək verəcək mexanizmlərin qurulması daxildir.
Gəncə Dövlət Universiteti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsinin iştirakçısıdır
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.
Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.
Mentorların siyahısı :
Rəşad İsgəndərov Roman |
Mustafa Huseynov Oruc oglu |
Məhərrəm Babayev Ramiz |
İslam Burcuzadə Elmidar |
Fərzalıyev Elşad Abdulla oğlu |
Əlaqə
+994 22 266 70 33