Qurumun adı
Azərbaycan Dövlət Aqrar Universiteti
İstiqamətlər
Aqrar sahə üzrə kadr hazırlığı
Təsvir
Aqrar sektor üçün yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisləri hazırlayan və ölkəmizin ikinci böyük şəhəri Gəncədə yerləşən, təməli 1920-ci ildə qoyulan Azərbaycan Dövlət Aqrar Universitetinin İnnovasiya mərkəzi 2018-ci ildə universitetin təşəbbüsü ilə yaradılmışdır. Burada tələbələr kreativ ideya və startaplarını mentor fəaliyyəti altında həyata keçirirlər.
Mərkəzin əsas fəaliyyəti “AgroTech” sahəsi ilə bağlı olmaqla digər yönümlü layihə və startapların qəbulu da həyata keçirilir və inkubasiya proqramına daxil edilir.
Qeyd edək ki, ADAU ölkəmizdə aqrar sahə üzrə kadr hazırlayan yeganə ali təhsil müəssisəsidir.
ADAU Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi “Gələcək üçün bacarıqlar” layihəsinin iştirakçısıdır
“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.
Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.
Mentorların siyahısı :
Rəfiqə Əliyeva Şahin |
Məmmədova Gülnar Zamit |
Fərrux Rəhimov |
Rəhimli Əvəz Faiq oģlu |
Məmmədova Aynur Akif |
Könül Paşayeva Əzim qızı |
Günay İbrahimova |
Əsədova Lalə Xalis |
Allahyarova Səkinə İsmayıl |
Nicat Hümmətli Valeh |
Gülnar Bağırova Dəmir qızı |
Fatimə Rəşidova Firdus qızı |
Elvin Ağayev Rafael |
Əlaqə
+994 22 266 06 97