Bakı Dövlət Universiteti

Qurumun adı

Bakı Dövlət Universiteti

İstiqamətlər

Elmi tədqiqatlar sahəsində fundamental biliklər verir, innovativ tədqiqat, mühəndis-texniki və elmi mütəxəssislərin hazırlanmasını təmin edir

Təsvir

Bakı Dövlət Universitetinin misssiyası dünya standartlarına uyğun çoxprofilli fasiləsiz təhsil və elmi tədqiqatlar sahəsində fundamental biliklərə, innovativ tədqiqat vərdişlərinə yiyələnmiş, beynəlxalq və milli əmək bazarında rəqabətədavamlı, vətənpərvərlik ruhunda tərbiyə edilmiş yüksək ixtisaslı pedaqoji, mühəndis-texniki və elmi mütəxəssislərin hazırlanmasından ibarətdir.

Elm, təhsil, iqtisadi və sosial proseslərin generatoru kimi fundamental təhsil modelini qoruyub saxlamaqla BDU siyasətinin əsas məqsədi aşağıdakılardır:

- Təhsil prosesinin, ibtidai, axtarış və tətbiqi elmi tədqiqatların dünya elminin müasir nailiyyətlərinə əsaslandığı innovativ ali təhsil müəssisəsinin yeni modelinin yaradılmasından;

- Beynəlxalq standartlar və şəxsiyyətin, cəmiyyətin və dövlətin perspektiv tələbatları əsasında təhsilin yüksək səviyyəsinin təmin edilməsindən;

- Avropa və dünya tendensiyalarına uyğun qabaqcıl texnologiya və nailiyyətlər səviyyəsində peşəkar sahələrin funksiyalaşdırılması və inkişafını təmin edə bilən dünya ixtisas tələbləri səviyyəsində mütəxəssislərin, elmi və elmi-pedaqoji, mühəndis-texniki rəqabətədavamlı kadrların hazırlıq və yenidənhazırlanmasından;

- Ölkənin layiqli vətəndaşı olan şəxslərin hazırlanmasından;

- İdarəetmə və menecment sisteminin mükəmməlləşdirilməsindən.

BDU-nun təhsil və elm sahəsində keyfiyyət siyasəti universitetin strategiyasının ayrılmaz tərkib hissəsidir və onun təhsil fəaliyyətinin planlaşdırılması üçün əsasdır.

BDU Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “İnnovasiyalar Mərkəzi”nin həyata keçirdiyi  “Gələcək üçün bacarıqlar” layihəsinin iştirakçısıdır

“Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsidir. Eyni zamanda innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və onların ölkəmizin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilmələri əsas hədəflərdir.

Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

Mentorların siyahısı:

Şəbnəm Səfərova

Əfsanə Surxaylı Ehtibar

Mehdiyev Rəsul Yalçın

Muradova Nilufer

Günel Umudlu Sərvan

Nurlana Musa qızı Qasımlı Mustafayeva

Əfsanə Quliyeva Nəsimi

Eldost İbrahimov İldırım

Nərminə Mirzəliyeva Seyfəl qızı

Aysel İsgəndərova İbrahim

Vafa Alieyva

RAMİL BAYRAMOV ƏKBƏR

Nərminə Məmmədova Yaqub q.

Mətanət Rəsulova Rəsul

Hüseynov Kənan Əbdülağa oğlu

Laman Azizova

Ayten Ibrahimova Ferman gizi

Elvin Məlikov Yaşar oğlu

 

 

 

Əlaqə

(+994 12)539 05 17

Xəritədə ünvan


Proqramda iştirak edən startaplar