Qurumun adı
"Xaçmaz KOB evi"
İstiqamətlər
Biznes
Təsvir
"Xaçmaz KOB evi" 7 fevral 2020-ci ildə fəaliyyətə başlayıb və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölməsidir.
Hazırda "Xaçmaz KOB evi"ndə İqtisadiyyat Nazirliyi və onun qurumları (Dövlət Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidməti, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Sahibkarlığın İnkişafı Fondu, AZPROMO), Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi, "Azərpoçt" MMC, "Azəriqaz" İB, "Azərsu" ASC, "Azərişıq" ASC və s. tərəfindən 150-yə yaxın dövlət-biznes (G2B) xidmətləri, bank, sığorta, lizinq, broker kimi özəl təşkilatlar tərəfindən isə 100-dək zəruri biznes-biznes (B2B) xidmətləri göstərilir.
"Xaçmaz KOB evi"nin əsas üstünlüyü sahibkarlara xidmətlərin vahid məkanda göstərilməsi, müraciət edən sahibkarların vaxta və xərclərinə qənaət etməsi, xidmətlərin şəffaf və operativ təşkili, xidmət səviyyəsinin ölçüləbilən olmasıdır.
"Xaçmaz KOB evi" tərəfindən sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi elektron sistem vasitəsilə, hər bir xidmət üzrə yerindəcə ölçülür. Hazırda sahibkarların KOB evinin xidmətlərindən məmnunluq göstəricisi 98%-dir.
Vaxt itkisinin qarşının alınması və operativliyin təmin edilməsi məqsədilə "Xaçmaz KOB evi"nə müraciət edən sahibkarlar üçün onlayn növbə sistemi (KOB növbə) tətbiq olunur.
Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən biznes subyektləri sahibkarlıq fəaliyyəti ilə bağlı xidmətlər üçün "Xaçmaz KOB evi"nə müraciət edə bilərlər.
Əlaqə
(+994 55) 525 27 27